Annasofiya Robb | |
---|---|
ing. AnnaSophia Robb | |
Doğum tarixi | 8 dekabr 1993 (30 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | aktrisa, televiziya aktrisası, kino aktrisası, müğənni, səsləndirmə aktrisası[d] |
Fəaliyyət illəri | 2004-cü ildən |
annasophiarobb.com | |
Vikianbarda əlaqəli mediafayllar |
AnnaSofiya Robb (ing. AnnaSophia Robb; 8 dekabr 1993, Denver) — ABŞ aktrisası, modeli və müğənnisi. Aktrisalıq karyerasına 2004-ci ildə Samantha: An American Girl Holiday televiziya serialında baş rolu canlandıraraq başlayıb. Film debütünü 2005-ci ildə Because of Winn-Dixie bədii filmi ilə etmiş, ardınca Tim Börtonun rejissoru olduğu Çarlinin şokolad fabriki (2004) filmində Vaylet Boreqard obrazını canlandırmışdır. 2007-ci ildə işıq üzü görən Terabitiya körpüsü filmindəki rolu ilə məşhurlaşaraq Gənc sənətçi mükafatına layiq görülüb, daha sonra Race to Witch Mountain (2009), Soul Surfer (2011) və Evə aparan yol (2013) filmlərində çəkilib. The CW kanalında yayımlanan Kerrinin gündəlikləri (2013–2014) serialında canlandırdığı Kerri Bredşou rolu ilə diqqətləri üzərinə çəkmişdir.